“Qalatasaray” “Çelsi”nin futbolçusunu transfer edəcək

Türkiyənin “Qalatasaray” klubu hücumameyilli yarımmüdafiəçi Hakim Ziyeşi birdəfəlik transfer edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu artıq “Çelsi” ilə bağlı deyil. “Aslanlar” 31 yaşlı futbolçunun müqaviləsindəki satınalma bəndini aktivləşdirib. London klubu müqaviləni təsdiq edən sənədləri artıq İstanbula göndərib.

Ziyeş ötən ilin avqustunda icarə əsasında “Qalatasaray”a keçib. O vaxtdan bəri mərakeşli futbolçu 21 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button