ÇL: “PSJ finala yüksələcəyinə əmin idi”

Fransa millisinin keçmiş müdafiəçisi Biksant Lizarazyu PSJ-nin Çempionlar Liqasını tərk etməsindən danışıb.

Komanda.az “France Football”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, “Borussiya”nın (Dortmund) güclü xarakter göstərdiyini bildirib:

“PSJ-nin bu qarşılaşmada təvazökarlığı yox idi. “Borussiya”nı asan rəqib kimi qəbul edən parislilər finala yüksələcəklərinə əmin idilər. İlk məğlubiyyətdən sonra Luis Enrike komandasının mütləq qalib gələcəyinə inanırdı. Amma dortmundlular hər iki görüşdə taktiki cəhətdən daha güclü idilər. Komanda xarakter göstərdi və PSJ-ni Çempionlar Liqasından uzaqlaşdıra bildi”.

İki oyunun nəticəsinə əsasən “Borussiya” ümumi hesabda 2:0 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button