“Mahir Emreli oyunlar üçün nəzərdə tutulmuş heyətdə belə, yoxdur”

Xorvatiya mətbuatı bu yay “Dinamo”nu (Zaqreb) tərk edəcək futbolçulardan yazarkən, komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin vəziyyətinə də toxunublar.

Komanda.az “Germanijak”-a istinadən xəbər verir ki, xorvatlar Emreli barədə bunları qeyd ediblər:

“Mahir Emreli oyunlar üçün nəzərdə tutulmuş heyətdə belə, yoxdur. O, zədəsini sağaldandan sonra bir dəqiqə də meydanda qalmayıb. Emrelinin klubla müqaviləsi daha iki il qüvvədədir və “Dinamo” onunla kompromisə getməli olacaq”.

Mahir Emreli 2022-ci il fevralında “Dinamo”ya keçib və o, 2026-cı il iyunun 30-na qədər Xorvatiya klubuna məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button