Çempionlar Liqasının qalibi ol, 1,4 milyon avro qazan!

“Real”ın futbolçuları lazımi şərtləri yerinə yetirdikləri təqdirdə, cari mövsümün sonunda bonus alacaqlar.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi “Real”ın Çempionlar Liqasını qazanacağı təqdirdə, komandanın hər oyunçusuna 1,4 milyon avro ödəyəcək. 

Karlo Ançelottinin komandası Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında “Bayern”lə heç-heçə (2:2) edib. Bu gün komandalar arasında cavab oyunu keçiriləcək. Qarşılaşma saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button