“Çelsi”dən “Fluminense”yə

İngiltərənin “Çelsi” klubunun braziliyalı müdafiəçisi Tyaqo Silva rəsmən “Fluminense”yə transfer olunub.

Komanda.az Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulda London təmsilçisindən ayrılacaq 39 yaşlı oyunçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

O, 2006-2009-cu illərdə çıxış etdiyi sabiq komandasına azad agent kimi keçib.

2020/2021 mövsümündən “Çelsi”də çıxış edən Tyaqo Silva 152 oyuna çıxıb, 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button