ÇL: “Tuxel bizə dedi ki…”

“Bayern”in qapıçısı Manuel Noyer baş məşqçi Tomas Tuxelin “Santyaqo Bernabeu”da keçirdikləri məşq zamanı komandaya dediklərini açıqlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən bildirib ki, almaniyalı qolkiper bunları söyləyib:

“Tuxel bizə dedi ki, hər birimiz belə matçları arzulayırıq. Çempionlar Liqası ən prestijli klub turniridir. Bizim finala çıxmaq imkanımız var”.

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində “Bayern” və “Real” üz-üzə gələcək. Bir həftə əvvəl komandalar Münhendə 2:2 hesablı heç-heçə ediblər.

Dünən Dortmund “Borussiya”sı PSJ-ni məğlub (1:0) edərək, Çempionlar Liqasının finalına çıxıb və həlledici görüşdə bugünkü cütün qalibi ilə oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button