“Bacardığım qədər komandama kömək etməyə çalışdım” – Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Dortmund “Borussiya”sına məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, komandasının qol vurmaq üçün çox səy göstərdiyini bildirib:

“Qol vurmalıydıq. Bizim anlarımız oldu, amma qol vurmayanda və effektli olmadıqda növbəti mərhələyə keçmək çətinləşir. Komandamız meydanda çox şey verdi, tribunadakı hər kəsi qürurlandırmağa çalışdı. Amma bu kifayət deyildi. Biz işləməyə davam etməliyik, çünki hələ Fransa kubokunun finalı var.

Bacardığım qədər komandama kömək etməyə çalışdım. Cərimə meydançasında səmərəlilikdən danışanda düşünürəm ki, birinci hədəf mənəm. Dünəm axşam qol vurmalı olan ilk mən olmalı idim. İndi keçmişdir, artıq bununla barışmalıyıq”.

Dortmundlular ümumi hesabda (2:0) qalib gələrək Çempionlar Liqasının finalına çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button