“Çelsi” Bundesliqadan hücumçu transfer edə bilər

“Çelsi” bu yay Almaniya Bundesliqasından hücumçu transfer edə bilər. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “zadəganlar” “Leyptsiq”dən Benjamin Şeşkonu fəal şəkildə izləyir. 20 yaşlı futbolçu uzun müddətdir ki, London klubunun “radar”ındadır.

Daha əvvəl bildirilib ki, sloveniyalı forvardın müqaviləsində 70 milyon avro məbləğində təzminat nəzərdə tutulub. 

Şeşko cari mövsümdə 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçu ötən ilin yayında “Zalsburq”dan “Leyptsiq”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button