Pepe Türkiyə klubundan ayrılacaq

“Trabzonspor”un cinah hücumçusu Nikolas Pepe klubdan ayrılacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu yayda azad agent kimi klubu tərk edəcək. Fil Dişi Sahili millisinin oyunçusuna Səudiyyə Ərəbistanı klublarından təkliflər olsa da, futbolçu özü Avropada qalmaq istəyir.

Pepe bu mövsüm “Trabzonspor”un heyətində 19 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button