ÇL: “Bilirəm ki, biz favorit olmayacağıq”

“Borussiya”nın (Dortmund) baş məşqçisi Edin Terziç PSJ üzərində qələbədən (1:0) sonra Çempionlar Liqasının finalı ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, finalın çətin keçəcəyini bildiyini söyləyib:

“Bilirəm ki, biz favorit olmayacağıq. Kiminlə oynamaq məcburiyyətindəsənsə, çox çətin olacaq. Amma final bir matçdan ibarətdir, ona görə də, hər şey mümkündür. Biz bunu artıq sübut etmişik”.

Dortmundlular PSJ-yə ümumi hesabda (2:0) qalib gələrək, Çempionlar Liqasının finalına çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button