“Açığı, “Qarabağ” haqda birinci dəfədir eşidirəm” – Müsahibə

“Sabah”ın futbolçusu Hendrik Eksteyn “Zirə” ilə keçirdikləri yoxlama oyunundan sonra müsahibə verib.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, 5:3 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

  • Yeni komandanda ilk oyununu keçirdin. Fikirlərin necədir?
  • Çox xoşbəxtəm ki, bura gəlmişəm. Komandanın bir hissəsi olmaq qürurvericidir. Bu gün 2 qol vurdum və 1 məhsuldar ötürmə ilə yadda qaldım.
  • “Sabah”a gəlməmişdən əvvəl adın “Qarabağ”la hallanırdı…
  • Açığı, “Qarabağ” haqda birinci dəfədir eşidirəm. Ancaq “Səbail” klubu ilə danışığım olub. Onlar tərəfindən mənə maraq var idi.
  • Bəs nə üçün “Səbail”ə keçmədin?
  • Təklif gəldi, ancaq onu dəyərləndirə bilmədim. Sonra “Sabah” təklif göndərdi. “Qarabağ”ın keçmiş futbolçusu Dino Ndlovu ilə danışdım. Dedi ki, sənin üçün bu yeni çağırış olacaq. Mən də “Sabah”ın təklifini qəbul etdim.
  • Səni “Sabah”ın yeni bombardiri olaraq görmək mümkündürmü?
  • Bu barədə danışmaq tezdir. Çempionat başladıqdan sonra real bir şey haqda danışa bilərik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button