“Sabah”dan yarımfinalın ilk oyununda asan qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyunda “Sabah” və “Xırdalan” komandaları üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşma birincilərin 101:85 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında ikinci görüş mayın 10-da reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də oynanılacaq.

Mayın 8-də bu raundun digər cütü – “NTD-İndiqo” və “Xəzri” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button