“Mövsümün sonuna qədər yeni müqavilə ilə bağlı danışıqları dayandırmışıq”

Son vaxtlar adı Avropanın bir neçə klubu ilə yanaşı çəkilən “Napoli”nin futbolçusu Fabian Ruislə bağlı açıqlama verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun meneceri Alvaro Torres, Ruisin “Napoli”dəki gələcəyi ilə bağlı bunları deyib:

“Fabian hazırda “Napoli”yə köklənib. Karlo Ançelottinin vəzifəsindən ayrılması da daxil olmaqla, cari mövsümdə bir çox dəyişikliklə qarşılaşdıq. Klubun da çətin bir dövrü oldu. Mövsümün sonuna qədər yeni müqavilə ilə bağlı danışıqları dayandırmışıq. Bir çox klub Ruislə maraqlanır və “Napoli” də bundan xəbərdardır. Onun klubla müqaviləsində təzminatla bağlı məsələ yoxdur və transfer qiymətinin nə qədər olduğunu bilmirəm”.

“Napoli” ilə müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulan futbolçu, “Real” və “Barselona”nın maraq dairəsindədir. O, cari mövsümdə iştirak etdiyi 32 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button