“Qalib gələ bilmədiyimiz matçı uduzmaq riski ilə üzləşdik” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Roma” ilə heç-heçəni (1:1) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis şanslarının kifayət qədər olduğunu bildirib:

“Qələbə qazana bilmədiyimiz matçı uduzmaq riskinə düşdük, “Roma” oyuna qayıtdı. Kifayət qədər şanslarımız oldu, son iki dəqiqədə topa heyrətamiz şəkildə nəzarət etdik”.

“Yuventus” A Seriyasında 35 turdan sonra 66 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Roma” 60 xalla 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button