Poqba komediya filminə çəkildi

“Yuventus”un futbolçusu Pol Poqba aktyor olub.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi “4 Zeros” komediya filmində rol alıb. Poqba filmdə gənc futbolçuları yetişdirən adam rolunda çıxış edib. Filmin premyerası 2025-ci ilin yazında olacaq.

30 yaşlı futbolçu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılıb.

Poqba dördqat İtaliya çempionudur, iki dəfə İtaliya kubokunun və Avropa Liqasının qalibi adını qazanıb. O, Fransa millisi ilə birlikdə dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button