“Zirə” – “Makkabi” oyununun biletləri satışa çıxarılır

Bakıda “Zirə” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.

Komanda.az xəbər verir ki, azarkeşlər biletləri iyulun 15-də saat 12:00-dan etibarən əldə edə biləcəklər.

Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2 manat, 5 manat, 10 manat, və 20 manat təşkil edir.

Biletləri “Zirə İdman Kompleksi”, “Dalğa Arena”, Azfar futbol Böyükşor, “ASK Arena”, Gənclik və Xətai metrostansiyaları yaxınlığında yerləşən meydançalarından almaq olar.

İyulun 21-də “Dalğa Arena”da baş tutacaq qarşılaşmaya saat 21:00-da start veriləcək. Cavab matçı bir həftə sonra İsraildə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button