Zidan: “Sabah məşqçiliyə qayıtmalı olsam…”

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan “Alpin” Formula 1 komandasının səfiri kimi təqdimat zamanı futbolda məşqçiliyə qayıtmaq istədiyini bildirib.

Komanda.az “Le Figaro”-ya istinadən xəbər verir ki, fransalı mütəxəssis, məşqçiliyə qayıtsa, bunun onun səfir kimi işinə mane olmayacağını deyib:

“Bu, bizim razılaşmamızın bir hissəsidir. Sabah məşqçiliyə qayıtmalı olsam, bu, komanda ilə işləməyi davam etdirməyimə mane olmayacaq. Təbii ki, futbola qayıtmaq istəyirəm. Vaxtım olsa da, bunun nə qədər davam edəcəyi bilinmir. Hazırda vaxtım var. Ola bilsin ki, iyuna qədər, amma bu, çox tez də ola bilər”.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ı çalışdırıb. “Kral klubu” onunla ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olub (2016, 2017, 2018).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button