“Bayern” “sükan”ı Zidana tapşıra bilər

“Bayern” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen klubunun qısa siyahısında “Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan da var.

51 yaşlı fransalı mütəxəssis baş məşqçi postuna təyin olunarsa, “Bayern”in sabiq futbolçusu Frank Riberi də məşqçilər heyətinə qatıla bilər.

Daha əvvəl hazırkı baş məşqçi Tomas Tuxelin mövsümün sonunda “Bayern”i tərk edəcəyi bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button