“Zenit” rəsmisindən “Qarabağ” və “Neftçi”nin hədəfindəki futbolçu ilə bağlı açıqlama

Rusiyanın “Zenit” klubunun baş direktoru Aleksandr Medvedev “Qarabağ” və “Neftçi”nin maraq dairəsində olan futbolçu Nurali Alip barədə danışıb.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq klubunun rəsmisi icarə əsasında komandada çıxış edən qazaxıstanlı müdafiəçinin ayrılmaq ehtimalını inkar etməyib.

O, bildirib ki, 22 yaşlı mərkəz müdafiəçisi ilə bağlı qərar tezliklə açıqlanacaq:

“Alipin “Zenit”dəki taleyi yaxın günlərdə məlum olacaq. Onun klubdan mütləq ayrılacağı xəbəri doğru deyil. Çünki son qərar hələ verilməyib. Tezliklə bu barədə rəsmi məlumat yayılacaq”.

Müqavilə ilə Qazaxıstanın “Kayrat” klubuna məxsus olan Nurali Alipin “Zenit”lə icarə müqaviləsi dekabrın sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button