“Heç kim Ronaldonun transfer olunacağını gözləmirdi”

“Yuventus”un keçmiş futbolçusu Alessandro Del Pyero Kriştiano Ronaldonun “Real”dan “Yuve”yə keçidindən danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Del Pyero, heç kimin Ronaldonun “Yuventus”a keçəcəyinə inanmadığını deyib:

“Həmin yay Ronaldonun transferi ilə bağlı çoxlu söz-söhbət var idi. Məndən çox bilənlər də var idi. Ancaq mən də bəzi şeyləri bilirdim. Bu xəbər inanılmaz görünürdü.

Əlbəttə, “Yuventus” əla komandadır. Buna baxmayaraq, heç kim Ronaldonun transfer olunacağını gözləmirdi. Ancaq bu keçid bütün “Yuventus” azarkeşlərinin sevincinə səbəb oldu. Ronaldo İtaliya futbolunun tanınmasına çox kömək oldu”.

Ronaldo 2018-ci ilin yayında 100 milyon avroya “Real”dan “Yuventus”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button