Kosta və sevgilisi maşınla ərzaq payladı FOTO

“Yuventus”un futbolçusu Duqlas Kosta xeyirxah addım atıb.

Komanda.az xəbər verir ki, Kosta, koronavirus pandemiyası səbəbiylə yaranan vəziyyətlə əlaqədar Braziliyada ehtiyacı olan insanlara ərzaq paylayıb. Bu barədə o, “instagram” hesabından paylaşım edib.

29 yaşlı cinah hücumçusu maşınını qida məhsulları ilə dolduraraq, sevgilisi və anası ilə ehtiyacı olan insanlara paylayıb.

Kosta bir müddət əvvəl “Yuventus” rəhbərliyindən icazə alaraq, vətəni Braziliyaya qayıtmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button