Sarri “Lion”la oyundan danışdı

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lion”la cavab matçından əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Sarri, bu gün keçiriləcək matçla bağlı bunları deyib:

“Azarkeşsiz oynamaq çətindir və xoşagəlməzdir. Çempionlar Liqası matçlarında fanatlara daha çox ehtiyac duyulur. Ümid edək ki, yaxın zamanda azarkeşlər stadionlara buraxılacaq.

“Lion” yaxşı müdafiə olunan və sürətli hücuma çıxan komandadır. İlk oyuna baxdıqda da bunu açıq şəkildə görə bilərik. Bizi çətin oyun gözləyir, amma heç nə mümkünsüz deyil”.

Bu gün keçiriləcək “Yuventus” – “Lion” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Lion” 1:0 hesablı qələbə qazanıb.