“Yuventus” rəsmisindən Buffonun gələcəyi ilə bağlı açıqlama

İtaliyanın “Yuventus” klubu qapıçısı Canluici Buffonla müqaviləni yeniləyə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Fabio Paratici məlumat verib:

“Buffon əla futbolçudur və öz evindədir. Yeni müqavilə ilə bağlı uyğun bir zamanda danışacağıq. Digər bütün klublar kimi transfer dövründə fürsətləri dəyərləndiririk. Hazırda rəqabətli heyətimiz var”.

43 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button