
Nunyes İtaliya klubuna keçə bilər
“Liverpul”un sabiq hücumçusu, hazırda “Əl-Hilal”da çıxış edən Darvin Nunyes yenidən Avropaya qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı forvardın xidmətində “Yuventus” maraqlıdır.
Nunyesin bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. O, ötən yay Premyer Liqanı tərk edərək “Əl-Hilal”a 53 milyon avro qarşılığında transfer olunub.
26 yaşlı futbolçu cari mövsümdə 24 oyunda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



