“Yuventus” müdafiəçisi ilə yollarını ayıracaq

Hazırda “Fiorentina”da icarə əsasında çıxış edən “Yuventus”un müdafiəçisi Daniele Ruqani bu mövsüm bitdikdən sonra Turin klubundan ayrılacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” “Fiorentina”nın oyunçunu tam transfer edib-etməməsindən asılı olmayaraq, onunla yollarını ayıracaq. Müdafiəçi “Yuventus”un baş məşqçisi Luçano Spallettinin planlarında yoxdur. Futbolçu bu yay kluba qayıtsa, transfer siyahısına daxil ediləcək.

Ruqani 2013-cü ildə 4 milyon avroya “Empoli”dən “Yuventus”a keçib. Onun “qoca sinyora” ilə müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir. Oyunçu fevral ayında bu mövsümün sonuna qədər “Fiorentina”ya icarəyə verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button