
“Yuventus” müdafiəçisini yaxşı təklif qarşılığında sata bilər
“Yuventus”un müdafiəçisi Federiko Qattinin yay transfer dövründə başqa kluba keçə biləcəyi ehtimal olunur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun Turin klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır. “Qoca sinyora” rəhbərliyi yaxşı təklif gələrsə, oyunçunun satışına razılıq verə bilər. Ona iddialılar arasında “Milan”la “Roma”, eləcə də, İngiltərənin “Tottenhem” və “Nottingem Forest” klubları da var.
Qattinin “Yuventus”la hazırkı müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



