Ronaldodan yeni rekord – ilk oldu

“Yuventus” İtaliya A Seriyasının 25-ci turunda “Spetsiya”nı məğlub edib.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, “qoca sinyora”nın 3:0 hesabıyla qalib gəldiyi görüşdə bir qol vuran Kriştiano Ronaldo yeni rekorda imza atıb. Belə ki, portuqaliyalı hücumçu Avropanın TOP-5 liqalarında son 12 mövsümün hər birində 20-dən çox qol vuran ilk futbolçu olub.

Ronaldo bu mövsüm A Seriyasında 21 oyunda 20 qol vurub.