Buffonla Del Pyeronu birləşdirən “513”

“Yuventus” İtaliya A Seriyasının 10-cu turunda “Cenoa”nı məğlub edib.

Komanda.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüş Turin təmsilçisinin futbolçusu Canluici Buffon üçün əlamətdar olub. Bu barədə “Yuventus”un rəsmi “tvitter” hesabı məlumat yayıb. “Cenoa” ilə oyunda start heyətdə meydana çıxan 41 yaşlı qapıçı “qoca sinyora”da 513-cü matçını keçirib.

Buffon bununla da, “Yuventus”un İtaliya çempionatlarında ən çox oyun keçirən futbolçusu Alessandro Del Pyeroya çatıb. Keçmiş hücumçunun da hesabında 513 oyun var. Buffon növbəti turlarda meydana çıxacağı halda, “Yuventus”un yeni rekordçusu olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button