Yurgen Klinsmann rəsmən Bundesliqa klubunda

Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi gözlənildiyi kimi, Yurgen Klinsmanna tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

ABŞ millisinin sabiq baş məşqçisi Berlin təmsilçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Qeyd edək ki, “Herta” cari mövsümdəki uğursuz çıxışa görə, Ante Çoviçi istefaya göndərmişdi. Sözügedən komanda Bundesliqada 12 turdan sonra 11 xalla (3 qələbə, 2 heç-heçə, 7 məğlubiyyət) 15-ci pillədə qərarlaşıb.

Klinsmann 2004-2006-cı illər aralığında Almaniya millisini çalışdırıb və DÇ-2006-da bürünc medal sevinci yaşayıb. 2008-2009-cu illər aralığında “Bavariya”ya baş məşqçilik edən mütəxəssis 2011-ci ildən 2016-ya qədər də ABŞ yığmasında işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button