“Molotov kokteyli” atdılar, polis maşını yandırıldı

Yunanıstan çempionatının 21-ci turu çərçivəsində keçirilən AEK – “Olimpiakos” matçı zamanı insident yaşanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsi oynanılan zaman stadionun kənarında olan AEK azarkeşləri ilə polis arasında iğtişaşlar yaranıb. Afinalı fanatlar polislərə daş, ağac və “molotov kokteyli” atıblar. Azarkeşlərə qarşılıq verən polislər də gözyaşardıcı qazdan istifadə ediblər. İnsident zamanı azarkeşlərin bir polis maşınını da yandırdığı bildirilir.

Oyundan əvvəl də iki komandanın azarkeşləri arasında qalmaqal yaşanmış və 11 nəfər saxlanılmışdı.

AEK – “Olimpiakos” matçı 0:0 hesabıyla bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button