Yoldaşlıq matçında zədələndi, baş məşqçini çətin duruma saldı

“Betis”in yarımmüdafiəçisi Vilyam Karvalyo “Sevilya” ilə yoldaşlıq görüşündə (1:0) zədələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə, o, avqustun 11-də start götürəcək La Liqanın 1-ci turunda “Betis”ə kömək edə bilməyəcək.

Komandanın “sükanı arxasında” olan Manuel Pelleqrini Karvalyonun zədələnməsindən sonra onu əvəzləmək üçün alternativ variantlar axtarır. Oyunçunun müalicəsi 3 həftəyə qədər uzana bilər.

Xatırladaq ki, “Betis” 2022/23 mövsümündə İspaniya çempionatını 6-cı sırada tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button