“Sumqayıt”ın növbəti rəqibi bilindi

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” komandası sabah növbəti yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Super Liqa təmsilçisi “Gaziantep”lə qarşılaşacaq. “Boluspor” klubunun təsislərində keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla 17:00) start götürəcək.

“Sumqayıt” bundan əvvəl “Keçiörengücü”yə 1:2, “Sivasspor”a isə 0:2 hesabıyla uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button