“Sumqayıt” Türkiyə klubuna məğlub oldu

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” bu gün qonşu ölkədə ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri yerli “Keçiörengücü” komandası ilə qarşılaşıb. Qızılcahamam Mərkəzi stadionunda keçirilən oyun Sumqayıt klubunun məğlubiyyəti ilə başa çatıb. “Sumqayıt”ın yeganə qolunu 71-ci dəqiqədə Dmitri Nağıyev vurub.

Türkiyənin 1-ci liqa təmsilçisi “Keçiörengücü” klubunda azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış edir. Amma o, bu görüşdə fərqlənə bilməyib.

Yoxlama oyunu

5 iyul

Keçiörengücü – Sumqayıt 2:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button