“Real” Cerrardın komandası ilə bacarmadı VİDEO

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Real” yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi Şotlandiyanın “Reyncers” komandası ilə qarşılaşıb. Görüş sabiq “Liverpul”lu Stiven Cerrardın baş məşqçilik etdiyi Qlazqo təmsilçisinin qələbəsi ilə başa çatıb.

“Reyncers” “Real”ı Sakala və İttenin qolları ilə 2:1 hesabıyla məğlub edib. Madridlilərin yeganə qolunu Rodriqo vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button