“Neftçi” “Spartak”a qalib gəldi

Yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” Moskvanın “Spartak” komandası ilə qarşılaşıb.

Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçirilən görüş Bakı təmsilçisinin qələbəsiylə yekunlaşıb.

“Neftçi” bundən əvvəl iki yoxlama oyunu keçirmşdi. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Sloveniyanın “Olimpiya” komandası ilə heç-heçə edib (1:1), “Domjale”yə uduzmuşdu (1:2).

Yoxlama oyunu

29 iyun

Spartak (Moskva) – Neftçi 1:2
Qol
: Mixail İqnatov, 44 – Namiq Ələsgərov, 9. Harramiz, 45+2.

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov (37. Vüsal Əsgərov, 76), 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli (22. Mirabdulla Abbasov, 72), 11. Harramiz, 20. Mert Çelik (26. Ömər Buludov, 43), 24. Yusuf Laval, 29. Sabir Buqrin (97. Xəyal Nəcəfov, 46), 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 94. Əlirza Müştəbəzadə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button