“Barselona” “Zalsburq”la bacarmadı VİDEO

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Barselona” komandası növbəti yoxlama matçına çıxıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi Avstriyanın “Zalsburq” komandası ilə qarşılaşıb. Görüş “Barselona”nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Zalsburq”un qollarını Luka Suçiç və Brenden Eronson, “Barselona”nın yeganə qolunu isə Martin Breytveyt vurub.