Yaya Ture “Tottenhem”in baş məşqçisi olmağa hazırlaşır

“Barselona”nın və “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Yaya Ture “Tottenhem”in baş məşqçisi olmağa hazırlaşır.

Komanda.az “The Evening Standard”-a istinadən xəbər verir ki, Ture hazırda təcrübə qazanmaq üçün London klubunun akademiyasında çalışır. 38 yaşlı keçmiş futbolçunun ayın sonuna qədər “Tottenhem” rəhbərliyi ilə görüşərək müqavilənin detallarını müzakirə edəcəyi gözlənilir.

2020-ci ildə futbolçu karyerasını başa vuran Ture daha əvvəl Ukraynanın “Olimpik” klubunda və Rusiyanın “Axmat” komandasında çalışıb.

“Tottenhem”i hazırda italiyalı mütəxəssis Antonio Konte çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button