AFFA Yurçeviçlə yollarını ayıracaq? – Açıqlama

Xorvatiyalı mütəxəssis Nikola Yurçeviç Azərbaycan milli komandasında baş məşqçi postundan göndərilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov “Azərbaycan” radiosuna müsahibəsi zamanı deyib. O, Yurçeviçin qarşısına qoyulan məqsədi yerinə yetirə bilmədiyini deyib:

“Yurçeviçin qarşısına qoyulan məqsəd qrupda sonuncu olmamaq və yuxarı pillələrdə qərarlaşmaq idi. Təbii ki, birinci yeri nəzərdə tutmurduq. Deyilmişdi ki, bu, bizim AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq üçün son şansımız idi.

AFFA rəhbərliyi bu nəticədən razı deyil. Onsuz da, Yurçeviçin bizimlə olan müqaviləsi başa çatır. Yaxşı nəticə olsaydı, yenidən danışıqlara başlamalıydıq. Son qərarı İcraiyyə Komitəsi verəcək. Mən sizə hazırkı durumu dedim”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button