“Qızıl medal üçün mübarizə aparacağıq” – Daliç

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının finalı ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, öncədən həm gümüş, həm də bürünc medala sahib çıxdıqlarını, lakin qızıl medallarının olmadığını deyib:

“Finalda özümü üstün tərəf hesab etmirəm. Niderland üzərində qazandığımız qələbəni (4:2) qeyd etdikdən sonra dincələcəyik.

Finalda rəqibin kim olması bizim üçün önəmli deyil. Bizə görə ən vacib Xorvatiyadır. Qızıl medal üçün mübarizə aparacağıq. Bizdə çatışmayan yeganə şey budur. Gümüş medalımız da var, bürünc də. İndi qeyd etdiyim boşluğu doldurmağa çalışacağıq”.

Xorvatiya yığmasının finaldakı rəqibi bu gün, saat 22:45-də baş tutacaq İspaniya – İtaliya matçından sonra məlum olacaq. Bu qarşılaşmada məğlub olan kollektiv üçüncülük uğrunda mübarizədə Niderlandla üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button