“Barselona”dan ayrılan futbolçu “Vulverhempton”da – rəsmi

“Barselona”nın futbolçusu Nelson Semedonun “Vulverhempton”a keçməyə yaxın olduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, bu transfer rəsmiləşib. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi 26 yaşlı müdafiəçi ilə 3+2 illik müqavilə imzalayıb.

“Vulverhempton”un bu keçid üçün katalonlara 35 milyon avro ödəyəcəyi bildirilir.