Voleybol: Azərbaycan millisinin heyəti açıqlandı

Avropa çempionatının (AVRO-2023) təsnifat mərhələsində çıxış edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yarışda baş məşqçi Pərviz Səmədovun sərəncamında 14 voleybolçu olacaq.

Bunlar Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev və Kənan Allahverdiyevdir.

Milli təsnifat mərhələsində ilk oyununu bu gün Danimarkaya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button