
“Real”ın iki futbolçusu məşqə geçikib
“Real”ın hücumçusu Vinisius Junior intizam qaydalarını pozub.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu məşqə bir neçə dəqiqə gecikib.
Madridlilərin digər oyunçusu, almaniyalı müdafiəçi Antonio Rüdiger də gecikib.
“Real” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sabah “Benfika” ilə qarşılaşacaq. Alvaro Arbeloanın komandası ötən həftə ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



