Vidal Braziliya klubuna keçir

“İnter”in yarımmüdafiəçisi Arturo Vidal “Flamenqo”ya keçə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçu Braziliya klubu ilə 2 illik müqavilə imzalayacaq. Yaxın vaxtlarda tərəflərin yekun görüşü baş tutacaq.

Vidal 2020-ci ildə “Barselona”dan “İnter”ə keçmişdi.

Çilili futbolçu ötən mövsüm A Seriyasında 28 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button