Eriksen üçün daha bir “elçi”

“Vest Hem” “Brentford”un danimarkalı yarımmüdafiəçisi Kristian Erikseni transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “West Ham Zone” məlumat yayıb. Daha əvvəl “Mançester Yunayted”in maraqlandığı 30 yaşlı Eriksenin bu keçiddən imtina etdiyi bildirilirdi. O, “Brentford”da qalmağa və ya 2013-2020-ci illərdə oynadığı “Tottenhem”ə qayıtmağa üstünlük verir.

Danimarkalı yarımmüdafiəçi “Brentford”a 2022-ci ilin yanvarında azad agent kimi qoşulub. O, komandanın heyətində 11 matçda bir qol vurub və dörd məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button