“VAR sistemi futbolu məhv edir” – Keçmiş futbolçu

İngiltərə millisinin veteran futbolçusu Qari Lineker VAR sistemindən şikayətlənib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Lineker VAR-ın futbola marağı azaltdığını deyib:

“Niyə müdafiəçilərə təsadüfən əllə oynamağa icazə verilir, amma hücumçulara yox?  Qolları niyə ləğv edirlər? Qaydaları yaradan insanlar bunu qəribə şəkildə edirlər. VAR sistemini sevmirəm, futbolu məhv edir”.

63 yaşlı sabiq futbolçu “Lester”, “Everton”, “Barselona”, “Tottenhem”, “Naqoya Qrampus” klubları ilə yanaşı, 1984-1992-ci illərdə İngiltərə millisində oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button