Van Qal koronavirusa yoluxub

Niderland millisinin baş məşqçisi Lui van Qalda koronavirus aşkarlanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis yaxın bir neçə günü təcrid olunmuş vəziyyətdə keçirəcək.

Niderland millisi martın 26-da Danimarka, 29-da isə Almaniya ilə yoxlama oyunu keçirəcək.

Niderland millisi G qrupunda birinci yeri tutaraq, DÇ-2022-yə birbaşa vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button