Umtiti də sıradan çıxdı

“Leççe”nin müdafiəçisi Samuel Umtiti İtaliya çempionatının 13-cü turunun “Udineze” ilə matçını (1:1) başa vura bilməyib. 

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 28 yaşlı fransalı futbolçu görüşün 57-ci dəqiqəsində əvəzlənib.

Umtiti belindən zədə alıb. Onun üçün bu oyun yayda “Barselona”dan keçdiyi İtaliya klubunda üçüncü olub.

Fransa millisinin digər futbolçuları – Pol Poqba, Korentin Tolisso və Nqolo Kante də daha əvvəl zədələnmişdilər. Onlar 2022-ci ilin dünya çempionatını buraxa bilərlər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button