Umtitinin jurnalistlərə “üsyan”ı

İcarə əsasında “Leççe”də çıxış edən “Barselona”nın müdafiəçisi Samuel Umtiti fikirlərinin təhrif edilərək yayılmasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kataloniya klubunda mübarizə apardığı dönəmin “həbsxana illəri” adlandırılmasını qəbul etməyib:

“Bütün qəzetlərə və jurnalistlərə səslənirəm! Tərcümə ilə bağlı köməyə ehtiyacınız olarsa, növbəti dəfə mənə zəng edin. “Depressiya” sözünün “həbsxanada olmaq” ifadəsi ilə heç bir əlaqəsi yoxdur. Çox sağ olun!”

29 yaşlı futbolçunun “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, cari mövsümdə İtaliya klubunun heyətində 23 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button