Umtiti Fransa klubuna keçdi – Rəsmi

“Barselona”dan ayrılan Samuel Umtitinin yeni klubunun adı məlum olub.

Komanda.az xəbər verir ki, fransalı mərkəz müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. O, “Lill”ə keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi Fransa millisinin sabiq üzvü ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

“Barselona” Umtitini 2016-cı ilin yayında “Lion”dan transfer etmişdi. 29 yaşlı oyunçu başa çatan mövsümü icarə əsasında “Leççe”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button