“Ümid edirəm ki, “Qarabağ”la oyun üçün heyətə salınaram” – “Frayburq”un futbolçusu

“Qarabağ”la oyunda iştirak etsəm çox yaxşı olardı”.

Komanda.az xəbər verir ki, bu sözləri “Frayburq”un hücumçusu Roland Şallay “Kicker” nəşrinə müsahibəsində deyib.

Sentyabrın əvvəlində gözündən aldığı zədə səbəbindən futboldan kənarda qalan Macarıstan millisinin üzvü artıq “Frayburq”un ikinci komandasında oyunlara çıxmağa başlayıb. 25 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la Bakıda keçiriləcək matçda dönüşünü qeyd etmək arzusundadır:

“Baş məşqçi ilə bu barədə danışmışam. Ümid edirəm ki, heyətə salınaram və 10-15 dəqiqə oynayaram. Yəqin ki, uzunmüddətli fasilədən sonra bundan artığını etmək çətin olar”.

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçı saat 21:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button